ABŞ-da məktəbdə silahlı insident baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Parkland şəhərində (Florida ştatı) qeydə alınıb. İlkin məlumata əsasən, məktəbdə baş verən atışma nəticəsində azı 20 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
***
Çərşənbə günü ABŞ-ın Florida ştatında yerləşən məktəblərdən birində silahlı insident baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hadisənin qeydə alındığı Brouard dairəsinin şerif idarəsi öz rəsmi “Twitter” səhifəsində məlumat yayıb.
Hadisə nəticəsində azı 1 nəfər ölüb, 20-si yaralanıb. Əraziyə bir neçə “təcili yardım” maşını cəlb olunub. Hüquq-mühafizə orqanları əməkdaşları məktəb ərazisində əməliyyat aparırlar.
İlkin olaraq hadisəni məktəb şagirdlərindən birinin törətdiyi bildirilir.
***
ABŞ-ın Parkland şəhərində məktəbdə atəş açan şəxs polis tərəfindən saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə “Fox News” xəbər verib
İlkin məlumata əsasən, insident nəticəsində azı 50 nəfər yaralanıb, 1 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna olunmur.
Hadisə yerində polis və təcili yardım briqadaları işləyir.
ABŞ prezidenti Donald Tramp hadisə qurbanlarının ailələrinə başsağlığı verib.
***
ABŞ-ın Parkand şəhərində (Florida ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində 7 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.
Məlumata əsasən, məktəbdə atəş açan şəxs tüfəngdən istifadə edib.
Yaralıların sayının ən azı 14 nəfər olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.
Atəş açan şəxs saxlanılıb, onun adı açıqlanmır.