Suriyada xalqın ölümünə səbəb olan döyüşlər davam edir.
Musavat.com oxu.az-a istinadən bildirir ki, YPG/PKK terrorçularının Afrin rayonunda olan yaşayış məntəqələrinin atəşə tutulması Türkiyənin PUA-ları tərəfindən müəyyən edilib.
PUA kameraları, Suriyadakı Cinderes kəndindən Türkiyənin ərazisini bombalayan vətəndaş geyimdə terroristləri qeyd edib. Türkiyəyə atəş açdıqdan sonra, üzərində artilleriya silahı olan avtomobil sürətlə öz yerini dəyişıb.
Türk Hava Qüvvələri terrorçuların gizləndiyi bu qərargahı məhv edib.
Anadolu agentliyinin yaydığı videodan da göründüyü kimi, terrorçular artelleriya qurğuların daşınmasında İran istehsalı olan “Safir” avtomobillərindən istifadə edir.
PUA uzun müddət obyekti izləyib, təyinatı başa çatdıqda və yerinə qayıtdıqda, Türk Hava Qüvvələri dəqiq zərbə ilə avtomobili və terrorçuları məhv edib.