Загрузка...

ABŞ ordusu stels texnologiyalarla təchiz edilmiş yüzlərlə yeni nəsil B-21 Raider bombardmançıları almağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Popular Mexaniks” saytı yayıb. Bunun sayəsində hazırda silahlanmada olan “B-2 Spirit” və “Rokkvell B-1 Lancer” təyyarələrinin ixtisara salınmasının planlaşdırıldığını bildirilib.

Qeyd edək ki, “B-21 Raider” düşmən ərazilərinin dərinliklərinə girmək üçün nəzərdə tutulub. Stels texnologiyalarla təchizi onu görünməz edir. Bu təyyarələr B-2-lərin təkmilləşdirilmiş versiyası sayılır. Onlar termonüvə döyüş başlıqları daşımaq qabiliyyətindədirlər.