Загрузка...

Meksikada “Halisko – Yeni nəsil” narkokartelinin üzvləri Baş Prokurorluğun iki əməkdaşını oğurlayıb.

Publika.az xəbər verir ki, cinayətkarlar sosial şəbəkədə diz üstə dayanmış şəxslərin üzü maskalılarla videogörüntüsünü yerləşdiriblər.

Baş Prokurorluq iki əməkdaşının yoxa çıxmasını təsdiqləyib. Rəsmi məlumatda bildirilir ki, onlar Nayarit ştatında, fevralın 5-də, qohumlarının evində dincələrkən yoxa çıxıblar.

Oğurlananlar Baş Prokurorluğun tərkibindəki Kriminal Təhqiqat Agentliyinin əməkdaşlarıdır.