Bakıda restoranlardan birində edilmiş jest böyük marağa səbəb olub.
BAKU.WS-in məumatına görə, sosial şəbəkələrdə paylaşılan fotonun üzərində bu qeyd yazılıb:
“Qardaş Türkiyəmiz Afrində 15 şəhid vermişdir. Bu acı səbəblə 3 gün müddətinə retoranımızda çay və su ehsan olaraq verilir. Şəhidlər ölməz, Vətən bölünməz!”
Bakıda restoranlardan birinin giriş qapısına vurulmuş bu yazı Instagram-da türk səhifələrində də paylaşılıb. Azərbaycanın Türkiyəyə dəstəyini vurğulayan istifadəçilər isə qürur duyduqlarını bildirib.
BAKU.WS