Загрузка...

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalınla ABŞ Milli Təhlükəsizlik müşaviri general Herbert Raymond Makmaster arasında görüş baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Açıqlamada tərəflərin terrorizmə qarşı birgə mübarizə yolları barədə fikir mübadiləsi apardığı bildirilib.

Həmçinin iki ölkənin strateji müttəfiqliyi barədə də müzakirə aparılıb.