Загрузка...

Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov kriminal aləmin üzvü olub.

Unikal.org xəbər verir ki, qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu kriminal aləmdə “Haqqı” ləqəbi ilə tanınan kriminal avtoritet olub.

O, uzun illərdir Rusiyada yaşayıb və tekstil fabrikinin sahibi olub. Qardaşı da krminal aləmin üzvüdür və “İsim” ləqəbi ilə tanınır. N.Qəhramanovun qardaşı sonuncu dəfə Yevlaxda qanunsuz silah saxladığı üçün hazırda həbsdədir.