DJ Smash kimi tanınan rusiyalı musiqiçi Andrey Şirman Perm şəhərində gecə klublarının birində döyülüb.
Oxu.Az-ın məlumatına görə, musiqiçiyə yerli qanunvericilik şurasının keçmiş deputatı, döyüş sənətləri üzrə idman ustası Aleksandr Telepnev ağır xəsarətlər yetirib.
DJ Smash-in sözlərinə əsasən, barda ona bir nəfər yaxınlaşaraq şəkil çəkdirmək istədiyini bildirib.
Razılıq almadıqda, içkili vəziyyətdə olan eks-deputat diceyin gicgahından zərbə vuraraq onu yerə yıxıb. Sonra musiqiçini ayaqla döyməyə başlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb.