Türkiyədə orta məktəblərdən birində baş vermiş hadisə qalmaqala səbəb olub.

Lent.az “Hürriyət”ə istinadən xəbər verir ki, Tekirdağ vilayətinin Çorlu qəsəbəsindəki “Ahievran” litseyində dərs vaxtı şagirdlər müəllimlə zarafat etməyə başlayıb. Şagirdlərdən biri ayağa qalxaraq müəllimin paltarını ələ salıb, Ona qarşı təhqiramiz hərəkətlər edib. Daha sonra həmin şagird müəllimi qucağına alaraq sinif otağından çıxarıb.

Videonun sosial şəbəkədə yayılmasından sonra qəsəbə rəhbərliyi araşdırmalara başlayıb və polisə müraciət edilib. Qəsəbənin rəhbəri Levent Kılıç müəllimə qarşı nalayiq hərəkət edən 3 şagirdin müəyyənləşdirildiyini və araşdırmalardan sonra qəti qərar veriləcəyini deyib.