Загрузка...

Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan “An-148” təyyarəsində sağ qalanlar yoxdur.

Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub.

***

Moskvanın “Domodedovo” aeroportundan havaya qalxan “An-148” sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib.

Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb.

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var.

***

Rusiyada sərnişin təyyarəsi radardan itib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskvadan Orska uçan təyyarə radardan itib.

Təyyarənin göyərtəsində 65 sərnişin və heyət üzvləri var.