Türkiyəli sənətçi Doğuş və onunla ailəli olan aparıcı Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişinə qatılıblar.
Axşam.az xəbər verir ki, canlı yayıma çıxan cütlük ilk dəfə övladlarının üzünü göstərib.
Doğuş və Xoşqədəm nəzərdən çox qorxduqlarını və buna görə bu vaxtadək övladlarının üzünü göstərmədiklərini söyləyiblər. Aparıcı əkizlərinin Doğuşu daha çox sevdiyini vurğulayıb:
“Arda və Arın mənimlə qalırlar. Amma elə ki, hava limanında Doğuşu gördülər, tez ona qaçırlar. Oğlan uşaqları atalarını çox istəyir. Mən həmişə deyirəm ki, anaya mütləq bir qız lazımdır. Ona görə daha bir qız övladı haqda düşünürəm”.
Qeyd edək ki, Doğuş və Xoşqədəm 2014-cü ildə ailə qurublar. Cütlüyün Arda və Arın adlı əkizləri 2016-cı ildə dünyaya gəliblər.