Türkiyənin pop sənətçisi Ece Seçkin müğənni Afaq Aslana nota yollayaraq, onu məhkəməyə verir.

BAKU.WSxəbər verir ki, Ecenin bu addın atmasının səbəb isə, Afaq Aslanın onun ifasında səslənən “Follow Me” mahnısını icazəsiz olaraq sözlərini dəyişdirib ifa etməsidir.

Müğənni bu barədə sosial şəbəkədə məlumat verib: “Etdiyiniz bu hərəkət insan əməyinə hörmətsizlikdir. Mahnının sahibindən icazə almadan, bir də başqasının mahnısı kimi yayımlayıb, klip çəkdirmisiniz”.

Seçkin, daha sonra bəstənin sahibi Kemal Şimşekyaya səslənərək “Sən məhkəməyə verirsən, yoxsa mən hərəkətə keçim?”, – sözlərini yazıb. Nəzərinizə çatdıraq ki, Afaq sözügedən mahnını “Sənlə mən” kimi təqdim edib. Bəstənin sözlərinin gənc yazar Kamala, musiqisi və aranjimanının isə Fərid Ağaya məxsus olduğu söyləyib.

Türk pop ifaçı Ece Afaq Aslanı məhkəməyə verir - VİDEO