Загрузка...

Azərbaycanlı gənc şair Emin Akif facebook səhifəsində müzakirələrə səbəb olan şərh paylaşıb.

BAKU.WS-in məlumatına görə, gənc şair müsəlmanların müqəddəs kitabı Qurani-kərimi təhqir edib.

“Evimizdəki Quranın bir səhifəsini cırmışam, oturub gün sayıram ki, meymuna çevriləcəm, ya da ev başıma uçacaq… Qorxuram”, – deyə Emin Akif qeyd edib.

Onun bu şərhini izləyicilər birmənalı qarşılamayıb. Şərhlərdə qeyd olunur ki, Emin Akif gənc şair olduğundan tanınmaq üçün belə şərh yazıb.

BAKU.WS
Azərbacyanlı gənc şair Quranı cırdı: