Rusiyanın Federal Aviasiya qurumu (Rosaviasiya) ilə Türkiyənin Mülki Aviasiya qurumu arasında anlaşma imzalanıb.
Axar.az xəbər verir ki, bu barədə “Rosaviasya” məlumat yayıb.
Anlaşmaya əsasən, Rusiya istehsalı olan Ka-32 helikopterləri yaz aylarında Türkiyəyə gətiriləcək.
Məlumata görə, bu müqavilədən sonra Rusiya istehsalı olan aviasiya texnikalarının Türkiyəyə satışı asanlaşacaq.
Bu il ərzində 3 Ka-32-nin Türkiyəyə satışı nəzərdə tutulur.