Türkiyə Hərbi-Dəniz Qüvvələrinin “Türk üçbucağı” yaratdığı və ən böyük xarici bazası sayılan Ədən körfəzində xidmət müddəti artırılıb.
Axar.az xəbər verir ki, BMT qərarı əsasında göndərilən TSQ-nın dəniz qüvvələri daha bir il Ədən körfəzində qalacaq.
Somali piratlarına qarşı mübarizə aparmaq üçün 2009-cu ilin fevralında körfəzə göndərilən Türkiyə hərbçiləri Türkiyə bayrağı altında üzən kommersiya gəmilərinin təhlükəsizliyini də təmin edir.