Çərşənbə axşamı, 23 Aprel 2024

Solaxaylar haqqında qeyri-adi məlumatlar – Homoseksual, ağıllı, tez ölüm…

“Writing, canon 1Ds mark III”

Solaxayların fərqli olduğunu göstərən maraqlı məlumatlar

Keçmişdə kilsə tərəfindən təqib olunan, cadugərliklə günahlandırılan solaxaylar say etibarilə azlıq təşkil etsələr də, son araşdırmalar göstərir ki, onlar digər insanlara nisbətən daha bilikli və həssas olurlar.

Minval.info solaxaylar haqqında bilinməyən maraqlı məlumatları təqdim edir:

Solaxaylar dünya əhalisinin yalnız 10 faizini təşkil edir.

Dünyaca məşhur şəxslərdən Napalyon, Leonardo Da Vinçi, Mikelancelo, Albert Eynşteyn, Nyuton, Bil Qeyts, Obama solaxaydır.

Şizofreniya xəstəliyindən əziyyət çəkən insanların 40 faizi sol əldən aktiv istifadə edir.

1996-cı ildən etibarən hər il 13 avqust “Solaxaylar günü” olaraq qeyd olunur.

Araşdırmalara əsasən, solaxaylar, adətən, yeməyi də sol tərəfdəki dişləri ilə çeynəyirlər.

Hər il 2500 solaxay sağ əllə işləyənlər üçün nəzərdə tutulmuş cihazları istifadə edərkən dünyasını dəyişir.

Solaxaylar sağ əllilərə nisbətən, təxminən 3 il daha az ömür sürürlər.

Başqa bir tədqiqata görə, İQ xalı yüksək olan (140-dan çox) insanlar arasında solaxaylar üstünlük təşkil edir.

Araşdırmalar vaxtından əvvəl dünyaya gələn uşaqların çoxunun solaxay olduğunu təsdiqləyib.

Solaxayların homeseksual olmaq ehtimalı isə digərləri ilə müqayisədə 39 faiz daha çoxdur.

Solaxay hərbiçilər əl bombasını atmaq istəyirlərsə, onu tərsinə çevirməyə məcburdurlar. Çünki təhlükəsizlik piminin olduğu yer solaxaylar üçün əksdir.

Çox insan solaxaylığın irsi faktor olduğunu düşünsə də, indiyə qədər solaxayların yalnız 25 faizində DNT-in rolu müəyyən edilib.

Solaxaylar tez-tez stres yaşayır, sağ əllilərdən fərqli olaraq onlarda daha çox psixi pozğunluq halı baş verir.

Solaxayların iş həyatında bəxti gətirmir. Bir sorğuya görə, solaxaylar sağ əldən aktiv istifadə edən insanlardan 12 faiz daha az qazanc əldə edirlər.

Onlar yaxşı idmançıdırlar, çünki solaxayların beyinləri idmanla məşğul olarkən informasiyanı daha sürətli qəbul edir. Ümumiyyətlə, solaxayların daha sürətlə düşündükləri üçün eyni anda bir neçə məsələ üzərində iş apara bilərlər.

Solaxaylar təhlükəni daha tez hiss edirlər.

DAHA ÇOX OXU

Xəbər lenti