Fevralın 6-da London məhkəməsi qalmaqallı WikiLeaks saytının təsisçisi Culian Assancın üzərindən həbs orderinin götürülməsi barədə işə baxıb və avstraliyalı jurnalistin iddiasının təmin olunmaması haqqında qərar çıxarıb.
Qeyd edək ki, Culian Assanc 2006-cı ildən, yəni ABŞ hökumətinin sirlərini faş edən sənədləri dərc etdiyindən bu yana Ekvadorun Böyük Britaniyadakı səfriliyinin binasında gizlənir.
“Hillari Klintonla apardığı müharibə onu bir çox tərəfdarından uzaqlaşdırıb”, Fransannın “Liberation” (Liberasyon oxunur-red.) qəzetindən Amael Giton yazır.
Məqalədə Culian Assancın 2059 gündür ki, səfirliyin 4 divarı arasında yaşamağa məhkum qaldığı bildirilir. Assancın 2016-cı il seçkilərində Demokrat partiyasının namizədi Hillari Klintona qarşı apardığı kompromat müharibəsi onu Donald Trampın qələbəsində əli olmaqda günahlandırılmasına gətirib çıxarıb. Bu isə jurnalisti bir çox nüfuzlu müttəfiqindən uzaqlaşdırıb. Bu yetməmiş kimi Assancın Kataloniya böhranında separatçıların tərəfində çıxış etməsi həm onun özü, həm də sığınacaq tapdığı ölkə üçün əlavə prolemlər yaradıb.
Məqalədə 2017-ci ilin əslində jurnalist üçün pis keçmədiyi qeyd olunur. Belə ki, həmin il İsveç məhkəməsi onu üzərindəki əsas ittihamı, yəni bir qızı zorlaması faktı ilə bağlı qaldırılan işi bağlamağa qərar verib.
Buna rəğmən, Assanc siyasi cəhətdən tamamilə izolyasiya vəziyyətinə salınıb. Çünki onun Rusiya xüsusi xidmət orqanlarına çalışan hakerlərin Demokrat partiyasının Milli Komitəsinin serverlərindən oğurladığı sənədləri tələm tələsik dərc etməsi bu vaxta qədər jurnalisti təhvil verməkdən boyun qaçıran Ekvador hökumətinin belə qəzəbinə səbəb olub.
“Ekvadorda son prezident seçkilərinə 3 gün qalmış avstraliyalı diplomatik məhbus “digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi” adına internetə çıxışdan məhrum edilib. Yeni prezident, 2017-ci ilin aprelində hakimiyyətə gələn Lenin Moreno sələfi Rafael Korrea kimi Assancla bağlı öhdəliklərindən vaz keçməsə də, ölkəsi üçün problemli sayılan qonağa “Ekvadorun dostluq münasibətləri bəslədiyi ölkələrin siyasətinə qaşrımamağı” tapşırıb. Yeni preziddenti bu qərara gəlməyə vadar edən səbəb Ekvadorun sıx iqtisadi münasibətlərdə olduğu İspaniya ilə, daha doğrusu, Kataloniya böhranı ilə bağlı Assancın Madrid əleyhinə hədyan dolu tvitləri olub”, məqaldə deyilir.
Yazıda Assancın hakimiyyətə gəlməkdə kömək göstərdiyi ABŞ-ın yeni rəhbərliyi üçün də problem yaratdığına işarə vurulub. “ABŞ-ın 45-ci prezidenti Donald Tramp seçilməzdən qabaqkı mitinqlərdə “Mən WikiLeaks-i sevirəm” şüarını tez unutmuş görünür. İndi onun administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinin dili ilə onun təşkilatını “Rusiya tərəfindən dəstəklənən və özünü düşmən kimi aparan qeyri-dövlət kəşfiyyat strukturu” hesab edir.
ABŞ mətbuatının xəbərinə görə, Ədliyyə nazirilyi keçən ilin yazında ona qaşrı məxfi sənədlərin dərc edilməsi faktı ilə ittiham aktı hazırlamağı belə düşünüb.
Bundan başqa, Böyük Britaniya da Assancın ABŞ-a ekstradisiyası ideyasını heç bir zaman inkar etməyib. Beləliklə, avstraliyalı jurnalist son 10 ildə ilk dəfə gerçəkdən ABŞ ədalət məhkəməsinin qarşısında durmaq təhlükəsi ilə üzləşib.
Musavat.com