Müğənni Şəbnəm Tapdıq “Səhər-səhər” verilişinin qonağı olub. Lent.az-ın məlumatına görə, ifaçı verilişdə əl qabiliyyətindən danışıb: “Mən yemək bişirə bilmirəmsə, mətbəxə girmirəm. Bişirəndə isə o, mütləq gözəl olmalıdır. İransayağı bozbaş bişirirəm. Uşaqlar dadına baxır, bəyənir”.
Daha sonra aparıcı Elgiz Əkbərin “Məni dəvət et bişirdiklərindən yeyim” sözünə Şəbnəm etiraz edib. O bildirib ki, heç vaxt tək kişini evinə buraxmaz: “Mən səni tək necə evə çağırım? Bu, mənim xarakterimə uyğun deyil ki, mən evdə tək oturum və evə bir kişi dəvət edim. Mümkün deyil bu. Olmaz… Ancaq buradakı qızları götür gəl”.