Загрузка...

Bakının Binəqədi rayonunda bir nəfər müəmmalı şəkildə dünyasını dəyişib.

“Report” xəbər veir ki, Beynəlxalq Avtovağzal yaxınlığında, Rəşid İsmayılov küçəsində naməlum şəraitdə 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu baş, boyun və bədən nahiyələrindən ağır xəsarətlər alıb.

O, ərazidə xidmət aparan polislərin köməkliyi ilə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis bölməsinin əməkdaşlarının ilkin məlumatına görə, o, döyülüb. Bununla belə, hadisənin dəqiq səbəbləri araşdırılır.

M.Əhmədov Qarabağ müharibəsi əlilidir.