Загрузка...

Azərbaycanlı stilist, əvvəl/sonra layihəsi ilə bütün dünyada məşhurlaşmış Anar Ağakişiyev yeni işini sosial şəbəkələrdə təqdim edib.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, bu dəfə before/after layihəsinin qəhrəmanı 11 yaşında bədbəxt hadisə nəticəsində sifəti eybəcər hala düşmüş azərbaycanlı qadın olub.

“18 illik təcrübəmdə ən ağır və təsirli işim. 11 yaşında onun başına bədbəxt hadisə gəlib və heç zaman özünə makiyaj etməyib. İlk dəfə ona makiyaj etdim və güzgünü bağlamaq qərarına gəldim. Gəlin bir-birimizə xoş təəssüratlar bağışlayaq. Gəlin bir birimizi xoşbəxt etməyə çalışaq. Çox şadam ki,ona bu sevinci bəxş edə bildim”, – deyə, A. Ağakişiyev yazıb.

Qeyd edək ki, gün ərzində videoya baxış sayı 2 milyonu ötüb və “İnstagram”da digər populyar blogerlər tərəfindən də paylaşılıb.