Beş barmağında beş mərifət olan, tanınmış teleaparıcı və bəstəkar Sədaqət Rəşidqızı Baku.ws-in “Sarı divan” rubrikasının qonağı olub.
Sədaqət qəlbinin dərinliklərində saxladığı bir çox sirrləri elə bizim kameramıza danışıb, etiraflar etdi. Bəstələrini hədiyyədən çox, pulla satdığını bildirən Rəşidqızı, bayağı ifaçılardan danışıb, onlara sərt ismarıclar yolladı.
Teleaparıcıya mütəmadi yerli və xarici şirkətlərdən açıq-saçıq reklam təklifləri gəlsə də, onları çox vaxt rədd edir.
Gözəllik qurban tələb edir. Gözəlləşmək uğrunda verdiyi qurbanların sayı hesabını itirən müsahib, formada və fit qalmağın sirlərini bölüşüb.
Tez-tez əks cinsin nümayəndələrindən tanışlıq təklifləri alan Sədaqət, nədənsə bu kimi məsələlərə ciddi yanaşmadığını dönə-dönə dilə gətirdi.
Şəxsi həyatında heç kəsin olmadığını bildirən Rəşidqızı, sevdiyi kişi obrazı haqdada danışdı. Sən demə onun diqqətini yalnız atletik bədən quruluşlu kişilər çəkir.
Sədaqət Rəşidqızı ilə səmimi və etiraflarla dolu müsahibəni sizə təqdim edirik!