Загрузка...

Son günlər cəsarətli fotosessiyaları ilə gündəmi yerindən silkələyən müğənni Dilarə Kazımova ənənəsinə sadiq qalıb.

BAKU.WS-in məlumatına görə, Dilarə ehtiraslı fotolarını 31 minlik İnstaqram hesabında paylaşıb.

Kazımova fotolara “Havada eşq qoxusu var” şərhini yazıb. Dilarənin fotolarının müəllifi Xalid Zeynalovdur. Müğənni paylaşımına yazılacaq tənqidlərin və təhqirlərin qarşısını almaq üçün cəld tərpənərək şərh bölümünü bağlayıb.

Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl media əhlini başına yığan Dilarə seksual fotolar çəkdirməsi ilə bağlı sualları :“Bədənim gözəl olduğu üçün belə şəkillər çəkdirməkdən çəkinmirəm” deyə cavablandırıb

Sözügedən şəkilləri Sizə təqdim edirik