Загрузка...

Dünən Bakıda polis əməkdaşlarının həyatlarını təhlükəyə ataraq köməksiz vəziyyətdə qalan 3 uşağı xilas etdiyi hadisənin görüntüləri yayılıb.

Xezxerxeber.az-ın məlumatına görə, görüntüdə birinci mərtəbədəki mağazanın yanması və tez-tez partlayışın baş verməsi müşahidə olunur.

Xatırladaq ki, fevralın 3-də səhər saatlarında paytaxtın Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən üçmərtəbəli binanın girişindəki mağazada yanğın olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.