Загрузка...

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 1-də 70,9 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,57dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 1-də 70,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 1-də 66,52 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə fevralın 1-də 68,49 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.