“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova media nümayəndələri ilə görüş keçirib.
Uzun zamandır mətbuat konfransı etməyən ifaçı tədbirə PR meneceri Nigar Məmmədova və mətbuat katibi, jurnalist Rəvan Rədlə qatılıb. Tədbir ifaçının mətbuat katibinin görüşün əsas səbəbini açıqlaması ilə başlayıb:
“Burada iştirak edən bütün media nümayəndələrinə Dilarə haqda olan xəbərləri yayımladıqları üçün təşəkkür edirəm. Çoxdandır mətbuat konfransı etmirdik. Düşündük ki, sizinlə görüşək və suallarınızı cavablandıraq”.
Minval.İnfo xəbər verir ki, sənətçi açıq-saçıq şəkillərindən də söz açıb:
“Müğənni üçün gözəl bədən çox vacibdir. Çünki mən ilk dəfə Azərbaycanı “Eurovision” yarışmasında təmsil etdiyim zaman demişdilər ki, bədən ölçülərin çox əsasdır. Hətta mənə demişdilər ki, əl və qolların uzun olması daha vacibdir. Bədənin yaxşı görünməyi məşhurluğun bir simvoludur. Mən sosial şəbəkədə açıq-saçıq şəkillərimi paylaşandan sonra çox adam anladı ki, mənim də bədənim gözəldir. Hətta rəfiqələrim də dedi, sənin belə gözəl bədəninin olduğunu bilmirdik. Anladım ki, mən göstərməsəm, onlar anlamayacaqlar, mənim yaxşı bədənim var. Gözəlliyimdən lazımi istiqamətdə istifadə edə bilirəm. Mətbuatın mahnılarımdan çox açıq-saçıq görüntülərimdən yazması məni narahat etmir”
Qeyd edək ki, bir neçə gün öncə Taylandda istirahət edən D. Kazımova ukraynalı fotoqraf Yevqeniy Uşakovun kamerasına poza vermiş, həmin açıq-saçıq şəkillərini İnstaqram hesabında yerləşdirmişdi. Sənətçinin bu fotoları isə birmənalı qarşılanmamış, geniş müzakirələrə səbəb olmuşdu.
Minval.İnfo