“İdman Azərbaycan” kanalının futbol şərhçisi efirdə xoşa gəlməyən ifadə işlədib.

BAKU.WS-in məlumatına görə, ötən gecə İngiltərə Çempionatının 25-ci turun mərkəz oyunu keçirilib. “Mançetser Yunayted” səfərdə “Tottenhem” ilə qarşılaşıb.

Oyunun ikinci hissəsində qonaq komandanın müdafiə xəttində boşluq yaranıb. “İdman Azərbaycan” kanalının şərhçisi Tərlan Şahinoğlu isə bu epizodu qeyri etik formada edib.

O, qonaqların müdafiə xəttini bazara bənzədib. “Konkret it yiyəsini tanımır” deyərək şərhçi əlavə edib.

Qeyd edək ki, “Tottenhem” “Mançetser Yunayted”i 2:0 hesabı ilə məğlub edib.