Azərbaycanda da maraqla izlənən “Çukur” serialında İdris Koçovalı rolunu canlandıran aktyor Ercan Kesal tamaşaçılardan gördüyü böyük maraq və sevgiyə təəccübləndiyini bildirib.
Musavat.com-un məlumatına görə, İdris baba xarakteriylə diqqətləri üzərinə toplamağı bacaran aktyor rejissordan da bu sevginin səbəbini soruşduğunu deyib.
Aktyor qeyd edib: “Bu rəğbətin sosial bir səbəbi olmalıdır. Oynadığım xarakter sevilməyə dəyərmi? Əmin deyiləm”.