Загрузка...

Böyük Britaniya məhkəməsi Azərbaycan əsilli milyarder Fərhad Əhmədov barədə qərar verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, Əhmədov boşandığı həyat yoldaşı Tatyana Əhmədovaya 453,5 milyon funt-sterlinq, yəni 643 milyon dollar təzminat ödəməlidir. Bu məbləğ, milyarderin 2016-cı ilin sonunda göstərilən sərvətinin 41%-i edir.

Qeyd edək ki, bu tip qərarlar çıxarmaqla məşhur olan London məhkəməsi əsasən sərvətin bərabər şəkildə bölünməsini müəyyənləşdirir.