Çətin oyun oldu. Futbolçulardan razı qaldım. Onlardan çox şey tələb edə bilməzdim.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Moldova yığması ilə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib.
“Meydanda çox düşündülər. Rəqib pressinq edir və daha çox müdafiədən oynayırdı. Üzərində işləməli olduğumuz çox nöqsanlar var. Həmçinin, futbolçular fərdi qaydada da öz üzərlərində çalışmalıdırlar. Bakıya qayıtdıqdan sonra da onlarla söhbətlər edəcəm. İndi zəif komanda yoxdur. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidir. Bəli, onların qol fürsətləri oldu. Əsasən, standart vəziyyətlərdən qol şansı qazandılar. Digər iki epizod isə bizim diqqətsizliyimizin nəticəsi idi. Amma hər hansı qurulan hücum nəticəsində qapımızda təhlükə yaratmadılar” – deyə baş məşqçi əlavə edib.