Загрузка...

Mələk Heydərovanın paralel.az saytına verdiyi müsahibəni sizlərə təqdim edirik:

-Mələyi nə təəccübləndirə bilər?

-Mələk həyatda o qədər şey görüb ki, artıq heç nəyə təəccüblənməcəyini düşünür. Amma, yenə də həyatda elə şeylər olur ki, insan yaşadıqlarına inanmır.

-Məyus olduğun vaxtlar olub?

-İnsan hər gün məyus olur. Mən də daxil. Ən sevmədiyim anlarım da o anlardı. Hər gün insanlarla bağlı məyus oluram. İnanıram onlara, lakin hər dəfəsində aldanıram.

-Bir çoxlarını maraqlandıran sual. Mələk niyə hələ də subaydı?

-Subay deyiləm. Artıq mənim də bir sevgilim var…

-Xeyir iş var yaxında?

-Yaxın gələcəkdə var (gülür).

-Deməli, yeni ildə yeniliklər gözlənilir. Daha hansı yeniliklər gözləyək səndən?

-Planlardan danışmağı sevmirəm.

-Sən də “düşər-düşməz”lərə inanırsan?

-Bəli, əvvəldən danışmaq mənə düşmür. Bir tək onu deyə bilərəm ki, bu il çox yaxşı işlərlə göz qabağında olacam.

-Xəyanət hamının başına gələn şeydi: sevgidə xəyanət, dost xəyanəti… Səni ən çox yandıran hansı xəyanət olub?

-Xəyanət həmişə acı olur… İstər sevgidə, istər dostluqda. Bayaq məyusluqla bağlı sual verdin. Məni məyus eləyən elə xəyanətlərdi. Xəyanət insanlara olan inamımı azaldır.

-Deyəsən, xəyanətlə çox üzləşmisən…

-Yasıma görə mümkün olandan çox. Nədənsə, mənə elə gəlir ki, bütün xəyanətlər elə məni tapır…

-Hazırda “Ailəcanlı” serialında əsas obrazlardan birinə çəkilirsən, işindən zövq ala bilirsənmi?

-Çəkilişlər əla gedir. Çox gözəl kollektivlə birlikdə çalışıram. İstər aktyor heyəti olsun, istər texniki heyət, hər kəs işinin peşəkarıdı. Məhz buna görə də, çəkilişdə heç bir problem yaşamırıq. Serialın rejissoru Ramin Hacıyevlə işləmək bir aktrisa kimi mənə çox rahatdı. Bir sözlə, işimdən çox böyük zövq alıram…

-“Milana” obrazını canlandırırsan serialda. Özün bu obrazın xarakterini bəyənirsən?

-Bu xarakter bizim qadınların yarısında var. Əslində, mənfi obraz deyil. Sadəcə, xarakter olaraq insanlar tərəfindən qəbul olunmur. Dərindən fikirləşsək, Milana əri ilə xoşbəxt olmaq üçün çalışır. Sadəcə, bu məqsədə çatmaq üçün seçdiyi yollar fərqlidir.

-Özünü insanlara necə sevdirirsən?

-Məncə, səmimiliyim məni hamıya sevdirir. Bacardığım qədər insanlara olduğum kimi görunməyə çalışıram. İstəyirəm, necəyəm qoy məni elə də tanısınlar. Bu istəyimə də nail oluram…

-İndiki həyatından razısanmı?

-Əlbəttə, razıyam. Amma, hamı kimi mən də bundan daha yaxşı həyat arzulayıram. Və bunun üçün çalışıram. Bununla bərabər, olana qane olub, şükür etməyi də bacarmaq lazımdı…