“Qarabağ”ın futbolçusu Riçard Almeydanın “Bursaspor”a keçidi baş tuta bilər.
Qol.az-ın məlumatına görə, “Milliyət” qəzeti 28 yaşlı yarımmüdafiəçinin Türkiyə klubu ilə razılığa gəldiyini yazıb. Bursa təmsilçisinə keçməyə müsbət baxan Almeydanın klubu ilə danışıqların davam etdiyi bildirilib. “Bursaspor”un transfer pəncərəsinin son gününə kimi bu transferi açıqlayacağı iddia edilib.
Qeyd edək ki, Türkiyə Superliqası təmsilçisi “Bursaspor”un R.Almeydanı icarə əsasında heyətinə qatacağı gözlənilir.