Mən vətənimə dönmək istəyirəm.
Axar.az xəbər verir ki, bunu “Assoşeyted Press” agentliyinə müsahibəsində ABŞ-dakı rus mafiyasının keçmiş rəhbəri Boris Nayfeld (Biba) söyləyib. Onun sözlərinə görə, hazırkı bacarıqları Rusiyaya daha çox xeyir gətirəcək:
“Mən hər şeyi itirmişəm. Vaxtımı, arvadımı, işimi… Bu cəza mənim üçün kifayət edər. Bununla heç nə edə bilmərəm. Mənə yeni həyat başlamağa şans verin”.
Qeyd edək ki, Nayfeld əslən Belarusdandır. O, 1970-ci ildə ABŞ-a gedib. Burada o, rus mafiyasının bu ölkədə əsasını qoyan Yevsey Aqronla tanış olub. Aqronun mühafizəçisi kimi bir müddət çalışan Nayfeld birincinin qətlə yetirilməsindən bir müddət sonra mafiyanın başına gətirilib. Nayfeld Taylanddan ABŞ-a heroin tədarükü ilə məşhurlaşıb. O, üç dəfə həbs edilib və hər dəfə öz tərəfdaşlarını ABŞ hökumətinə satıb. Sonuncu dəfə həbs edildikdən sonra Nayfeld bankrot olduğunu etiraf edib.