Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xose ilə aralarında olan dava barədə danışıb.

Lent.az-ın məlumatına görə, O.Rəsulova “Hər şey daxil” verilişində bildirib ki, polisin vaxtında hadisəyə müdaxilə etdiyini söyləyib:

“Son 6 ildir ki, azad qadınam. Valideynlərimdən başqa heç kimin ixtiyarı yoxdur ki, azadlığıma mane olub, qısqansın. Hər şey “Mələyin öpüşü”ndən sonra başladı. Kommersiya baxımından öz cibimi düşündüm və Elşada filmə çəkilməyi təklif etdim. Başqa aktyorla öpüşə bilməzdim. Ondan sonra yaxınlaşdı. O tərəfdən addımlar oldu. Davada isə… Sağ olsun polislərimiz, vaxtında müdaxilə etdi. Böyük hadisə olmamışdı. Sadəcə, qloballaşdırdılar…”.