Загрузка...

Dəfələrlə avtobus sürücülərinin məsuliyyətsizliyi haqda süjetlər təqdim etmişik. Sıradakı xəbərimiz də elə bundan bəhs edir. Belə ki, şəhərdaxili avtobuslardan biri qapısı açıq şəkildə hərəkət edir. Ən dəhşətlisi isə odur ki, bir neçə şagird qapıdan sallanaraq gedir. Ani bir diqqətsizlik məktəblilərin yıxılaraq avtobusun altında qalmasi ilə nəticələnə bilər. Əməkdaşlarımız həmin avtobusu taparaq sürücüsünün niyə belə məsuliyyətsizlik etməsinə aydınlıq gətiriblər.

Avtobus qapısı açıq şəkildə hərəkət edir. Məktəblilər də qapıdan sallanaraq gedir.

Mənzərə çox təhlükəlidir. Xırda bir diqqətsizlik şagirdlərin yıxılması ilə nəticələnə bilər.

Görüntülər Koroğlu metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusda baş verib. Xəzər xəbərin vatsap nömrəsinə göndərilən video bir daha sərnişinlərin təhlükəli şəkildə daşınmasını gündəmə gətirir.

Lakin 99 JH 483 dövlət nömrə nişanlı məhz həmin avtobusun sürücüsü özünə haqq qazandıraraq deyir ki, şagirdlər dərsdən qayıdanda hər zaman belə olur.

Marşrut xəttinin Namiq adlı rəsmisi Xəzər xəbərə bildirib ki, məsələ araşdırılacaq və təhlükəli qayda pozuntusuna yol verən sürücü cəzalanacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə deyir ki, sabah daşıyıcı şirkətin rəhbərliyi agentliyə dəvət olunaraq xəbərdarlıq ediləcək. Belə hala yol verən sürücü ilə bağlı lazimi tədbirlər görüləcək.