Загрузка...

Məşhur amerikalı analitik, xarici siyasət üzrə Amerika Şurasının eksperti Stiven Blank nüfuzlu “The Hill” nəşrində məqalə ilə çıxış edib.

Virtualaz.org-un məlumatına görə, S.Blank məqaləsində ABŞ-da erməni maraqlarına lobbiçilik edilməsi məsələsinə toxunub və qeyd edib ki, bu siyasət heç də həmişə Amerikanın mənafeyinə uyğun gəlmir.

Amerikalı ekspert yazıb ki, “Problem erməni lobbisinin Konqresə və ya Administrasiyaya onların tələblərini dəstəkləmək üçün etiraz etmək hüququnda deyil. Əksinə, ondadır ki, onların tələbləri həqiqətə uyğundurmu… doğrudanmı Amerika maraqlarını təbliğ edir…”.

Ekspert xatırladıb ki, iki keçmiş sovet respublikası Azərbaycan ərazisi Dağlıq Qarabağ uğrunda”dondurulmuş” münaqişəyə cəlb olunub.

Onun fikrincə, ABŞ-dakı erməni lobbisinin əsas hədəfi məhz Ermənistanın qonşusu Azərbaycanı ləkələmək və onu nüfuzdan, gözdən salmaqdır.

«… Azərbaycana gəlincə, etnik təmizləmənin qurbanı olmuş bir milyondan çox Azərbaycan qaçqınları sadəcə evlərinə qayıtmaq istəyərdilər”, – Stiven Blank qeyd edib.

Ekspert yazıb ki, münaqişəyə görə Ermənistan dünyadan təcrid olunub, energetika ticarət, dəmir yolu və texnologiya təminatı sahəsində çoxsaylı layihələrdən məhrum olub.

“… Və belə bir şəraitdə “Ermənistan – yaxşılığın etalonu, amma Azərbaycan – şərin nümunəsidir” kimi bitməz bəyanatlar Amerikanın maraqlarına uyğun deyil…”, – deyə Stiven Blank vurğulayıb.

Virtualaz.org