Загрузка...

“Real”ın hücumçusu Kriştianu Ronaldo karyerasını Madrid klubunda davam etdirəcəyinə ümid etdiyini və yaşayış yerini dəyişmək niyyətində olmadığını bildirib.

“Report” xəbər verir ki, portuqaliyalı futbolçunun sözlərini “Marca” nəşri sitat gətirib.

“Madriddə yaşamaq mənim xoşuma gəlir, mən bu şəhərdə 2009-cu ildən yaşayıram. Burada həm hava, həm də insanlar xoşuma gəlir, bundan əlavə, bu, Portuqaliyaya yaxın şəhərdir və orada maşınla getmək mümkündür.

İspaniya əla ölkədir, o mənim xoşuma gəlir, əlbəttə, mən burada qalmaq istəyirəm. Bundan əlavə, bu klub mənim xoşuma gəlir”, – deyə futbolçu bildirib.