Загрузка...

Azərbaycan milli komandası Antalyada təlim-məşq toplanışı keçəcək. Bu müddətdə çalışdırıcının əsas köməkçisi Elçin Rəhmanov və fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarov da yığmanın düşərgəsində olacaq.

Belə olan halda hazırda Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”a kim rəhbərlik edəcək?

Fanat.az xəbər verir ki, Ağdam klubuna kimin başçılıq edəcəyi müəyyənləşib. “Qarabağ”ı Qurban Qurbanovun olmadığı müddətdə məşqlərə Rəşad Sadıqov çıxaracaq.

Qeyd edək ki, “Qarabağ”ın və millinin kapitanı olan Rəşad Sadıqov son mövsümdə Ağdam klubunun U-19 komandasına başçılıq edib. Hazırda isə o, Azərbaycanın U-20 və U-21 yığmalarına başçılıq edir.