Hindistanın Uttar-Pradeş ştatında polis müstəntiqləri məhkəmədə şahid qismində ifadə verməyə hazırlaşan yaşlı xanımın qətlini araşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə “The Hindustan Times” məlumat yayıb.

Qohumunun öldürüməsinə şahidlik etmiş qadın yanvarın 24-də Meratx şəhər kənarında yerləşən Saroxa kəndində açıq havada istirahət edərkən güllələnib. Qətlin görüntüsü müşahidə kamerasına düşüb.

Həmin kadrlarda, zərərçəkən və onu tanışının binanın girişində əyləşdiyini görmək olur. Qəfildən əllərində tapança olan üç kişi gəlir. Onlar növbə ilə 60 yaşlı Nihatar Kaura atəş açır. Baş nahiyəsinə tuş gələn həlledici atəşdən sonra, cinayətkarlar aradan çıxıblar.

Killerlər ümumilikdə qadına səkkiz dəfə atəş açıblar.