Загрузка...

Bu gün axşam saatlarında metroda hadisə baş verib.

BAKU.WS xəbər verir ki, saat 18:50 radələrində sərnişinlərdən bir nəfər təxminən 10 dəqiqə qatarların hərəkətini ləngidib. Belə ki, yeniyetmə sərnişinlərdən biri metronun “İnşaatçılar” stansiyasında tunelə düşərək üzü “Elmlər Akademiyası” istiqamətində piyada hərəkət etməyə başlayıb.

Nəticədə qatarların hərəkətində ləngimə baş verib. Hadisə yerinə gələn stansiya əməkdaşları və metro polisi sərnişini tunelədn çıxararaq qatarların hərəkətini bərpa ediblər.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə bildirib ki, həmin şəxs 1992-ci il təvəllüdlü Şəmkir rayon sakini Ələsgərov Tamerlan Rövşən oğludur. O saxlanılıb və hal hazırda hüquq-mahafizə orqanı əməkdaşları faktla bağlı araşdırma aparır.