Türkiyə Silahlı Qüvvələri Afrində keçirilən “Zeytun budağı” əməliyyatında 287 terrorçu zərərsizləşdirib.
Musavat.com-un məlumatına görə, bu barədə Baş Qərargah məlumat yayıb. Məlumatda qeyd edilir ki, hərəkatda terrorçulara aid 47 hədəf 27 təyyarə ilə vurulub: “Hüdudlarımızda və bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə başladılan əməliyyatda bu günə qədər 287 PKK, KCK, PYD, YPG və İŞİD silahlısı zərərsizləşdirilib”.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı 20 yanvar tarixindən başladılıb.