Türkiyə Silahlı Qüvvələrinin həyata keçiridiyi “Zeytun budağı” əməliyyatı zamanı terrorçuların yeraltı silah anbarı partladılıb.
Milli.Az Haberler-ə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-qərbində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı türk pilot hərbi təyyarədən terrorçuların Afrindəki yeraltı silah anbarını vurub.
Pilot hərbi təyarə ilə yerə 20 metr yaxınlaşaraq hədəfə atəş açıb. Terrorçuların silah anbarı partladılıb.
Milli.Az görüntüləri təqdim edir: