Türkiyənin Hatay bölgəsindən Afrinə əməliyyata gedən əsgərləri sakinlər yola salıb.
BAKU.WS-in məlumatına görə, əməliyyata gedən əsgərlərdən birinin “Hara gedirsiz?” sualına “Toya gedirik” deməsi hər kəsi duyğulandırıb.
Daha sonra Afrinə gedən əsgərlər hərbi nəqliyyat vasitələrinə minərək yola düşüb.
Həmin görüntüləri təqdim edirik: