Загрузка...

Bakının Sabunçu rayonunda intihar hadisəsi qeydə alınıb.

Medianews.az report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Əliyev Əmrah Əfqan oğlu yaşadığı evdə özünü iplə asaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ə.Əliyev ruhi əsəb xəstəliyindən əzab çəkirmiş.