Mərhum xalq artisti İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb. Axşam.az-ın məlumatına görə, məhdud sayda hazırlanan şərab Almaniyada istehsal edilib. Bu haqda Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB vitse- prezidenti Hacı Quliyev sosial şəbəkədə məlumat verib. Həmin şərab İ. Quliyevanın imzası ilə illər əvvəl Bakının məşhur restoranlarından birinə hədiyyə olunub.

Rəqqasə Oksana “Hər şey daxil”ə qaynana-gəlin münasibətlərindən danışıb. Milli.Az xəbər verir ki, Oksana verilişin mikrofonuna mövzuyla bağlı bunları deyib: “Mən istəməzdim ki, mənim münasibətlərim kimi olsun digərlərində də. Mənim münasibətim yaxşı deyil. Anam inandırım ki, sizi gəlini bizdən çox istəyir. Qaynana-gəlin münasibəti ana-qız münasibətindən bir addım aşağı olmalı, amma olmalıdır. Bəzi qadınlar var ki, oğlunu […]

Bakıda gənclər maraqlı sosial test edib. BAKU.WS-in məlumatına görə, avtomobil oğurluğu ilə bağlı prank çəkən gənclər insanları oğurluqla ittiham edərək reaksiyalarını yoxlayıb. Yoldan keçən şəxslərə yaxınlaşan bir nəfər maşının qapısını açmaqda köməklik etməsini istəyir. Bu zaman qəfil bir neçə nəfər peyda olur və əlində sim olan şəxsin oğurluğa cəhd etdiyini bildirir. Gözlənilməz vəziyyətə düşən şəxslər […]

İraqda Mərakeş əsilli Almaniyalı qadın terrora dəstək göstərməkdə təqsirli bilinərək, ən ağır cəzaya məhkum edilib. Qadın dar ağacından asılma yolu ilə edam ediləcək. Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İraq kütləvi informasiya vasitələri yerli məhkəmə nümayəndəsinə istinadən məlumat yayıb. Məhkəmə araşdırmasına görə, müttəhim terrorçu qruplaşmalara maddi-texniki dəstək göstərib, cinayətlərin təşkilinə kömək edib. Xatırladaq […]

Bakıda marketdən alınan təndir çörəyinin içərisindən əlcək çıxıb. Nərmin Xıdırova adlı paytaxt sakininin BAKU.WS-ə verdiyi məlumatına görə, Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən OBA marketdən təndir çörəyi alıb. N.Xıdırovanın sözlərinə görə, evdə çörəyi kəsərkən içərisindən əlcəyin bir hissəsi çıxıb. Məsələ ilə bağlı BAKU.WS OBA marketlər şəbəkəsinə sorğu göndərib. OBA-dan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı […]

Milli Qəhrəmanımız Mübariz İbrahimov bu dəfə qardaş Türkiyənin “Savaşçı” filmində anılıb. BAKU.WS-in məlumatına görə, serialda hərbçilərdən biri yoldaşlarına Mübariz İbrahimovun qəhrəmanlığı barədə danışır. Mübariz İbrahimovun əfsanə olduğunu deyən hərbçi onun kimi oğulların hələ çox olduğunu bildirib. Filmdən həmin fraqmenti təqdim edirik.

Bakının Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb. Medianews.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından […]

Bakının Xətai metrosu yaxınlığında mağazada dələduzluq hadisəsi baş verib. BAKU.WS-ə müraciə edən “KidSmart “ uşaq mağazasının sahibi Gündüz Nəcəfquliyev bildirir ki, ötən gün saat 12:51-də mağazasına daxil olan şəxs kassada əyləşən işçini aldadıb. Mağaza sahibinin sözlərinə görə, özünü məmur kimi təqdim edən şəxs kassa üçün lisenziya ödənişi tələb olunduğunu bildirib. Kassada əyləşən xanım bu barədə […]

Bakıda qadın mağazada dələduzluq yolu ilə satıcını aldadıb. BAKU.WS-in məlumatına görə, hadisə “Ca’d’Oro shop” mağazasında qeydə alınıb. Mağazanın nümayəndəsi bildirib ki, xanım satıcının başını qatıb və aldığı mala görə 100 manat pul verəcəyini söyləyib. Satıcının diqqətsizliyindən istifadə edən xanım 100 manatı vermədən pulun qalığını alır və mağazadan uzaqlaşır. Hadisənin görüntüsünü təqdim edirik:

Müğənni Nurlana Kərimli ilk klipini təqdim edib. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, “Yoxsan yanımda” adlanan mahnıya çəkilən ekran işi Lənkəranda lentə alınıb. Mahnının sözləri Xanım İsmayılqızına, musiqisi isə Faiq Sücəddinova məxsusdur. Klipin rejissorluğu Nail Naiboğluna həvalə edilib. Nurlana klipindən danışıb və sənətə ilk addımlarını peşəkarlarla atdığını söyləyib: “Sona kimi də işimə peşəkarlarla davam edəcəyəm. […]

İtkin düşən alpinistlərin getdiyi güman edilən və axtarış aparılan ərazilərdəki qarın əriməsi mayın sonlarından – iyun ayından başlayır. Medianews.az-ın məlumatına görə, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. M.Həsənov əlavə edib ki, axtarışların aparıldığı ərazilər Böyük Qafqaz dağlarında ən yüksək hissələrdir: “Bazardüzü, […]

Burak Özçivit türk ordusunun Afrində quru əməliyyatlara başlaması ilə əlaqədar öz İnstagram səhifəsində əsgər uniformasında şəkil paylaşaraq “Allah ordumuzu qorusun. Bütün dualarımız və ürəyimiz sizlərlə” şərhini yazıb. BAKU.WS-in məlumatına görə, onun bu fotosu 700 mindən çox insan tərəfindən bəyənilib. Lakin aktyorun bu paylaşımı birmənalı qarşılanmayıb. Bir çox izləyicilər aktyorun “bədəlli əsgərlik” keçirdiyini yada salaraq “savaş […]

Tanınmış fitness məşqçi Ayli Qulamova maraqlı sosial layihəyə imza atıb. Ailem.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məşqçinin hamiləlik dövründə lentə aldığı fotosessiya “Aborta son” adlanır. “Ana bətnindəki bu “sürpriz”ə qıymaq son dərəcədə yanlışdır”, – deyə A. Qulamova bildirib.

“2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında kardioloq cərrah, deputat Rəşad Mahmudov bildirib. O qeyd edib ki, vəfat edənlərin 57.8 faizi ürək çatışmazlığından ölüb: “Bu sahədə dinləmələr keçirmək, tədbirlər görmək lazımdır”.

Rusiyanın məşhur pop ifaçısı Dima Bilanla azərbaycanlı müğənni Nigar Camalın “Qucaqla məni” (Обними меня) adlı klipi “Youtube”də 10 milyondan çox baxış toplayıb. BAKU.WS-in məlumatına görə, bu barədə D. Bilan 3 milyonluq rəsmi instaqram səhifəsində məlumat verib. Rusiyalı ulduz bildirib ki, sözügedən mahnı və klip sosial şəbəkələrdə kifayət qədər uğur qazanıb. Azərbaycanlı ifaçı isə rusiyalı müğənninin […]

Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatına qatılan türk əsgərlərilə bağlı hazırlanan bir reportaj hər kəsi duyğulandırıb. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, əsgər ona ünvanlanan suallara qısa, amma çox təsirli cavablar verib. Türk Silahlı Qüvvələri terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-ni Afrindən təmizləmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb. Əməliyyatın ikinci günündə tankların müşayiəti ilə […]

Qoç – günün ilk yarısında məntiqli davransanız, sizə kimsə mane ola bilməz. Heç bir real səbəb olmadan problemlər yaratmayın. Bədxahların öhdəsindən gəlmək, onların planlarına mane olmaq çətin deyil. Şayiə yayanlara inanmayın. Günün ikinci yarısında tərəfdaş və həmkarlarla təmaslarda diqqətli olun. Müzakirələrin məhsuldar olmasına çalışın. Sevdiyiniz insanla, yaxınlarınızla dil tapın. Xoş ünsiyyət qarşılıqlı münasibətlərə harmoniya bəxş etməklə […]

Ötən gün “O Səs Türkiyə”də “Duel” mərhələsinin seçim turu keçirilib. Milli.Az xəbər verir ki, TV8 ekranlarında yayımlanan mahnı yarışının bu mərhələsində iştirak edən iki azərbaycanlı qız Aila Rai və Aynurə Şirinova (Hər ikisi Yıldız Tilbenin komandası) növbəti mərhələyə yüksələn tərəf olublar. Yarışdan sözügedən kadrları təqdim edirik:

Azərbaycan ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci il tarixlərində həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, müəyyən […]

ASGA media-hesabat yaydı: 2017-ci il ərzində 20 layihə,14 tədbir,12 səfər və 1267 məqalə – FOTOLAR, VİDEOLAR

ASGA 2006-cı ilin 30 iyun tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Bu il təşkilatın 11 yaşı tamam olur. Təşkilat bu illər ərzində öz spesifikasına uyğun fəaliyyət göstərərək ciddi uğurlar əldə edib. Bugünə qədər ASGA 100-dən çox layihə reallaşdırıb ki, onlardan 15-ni beynəlxalq layihələr təşkil edir. Son 11 ildə ASGA ölkəmizə qarşı qərəzli hesabatlar […]

Bakıda qətl törədilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq qətlə yetirib. Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İranın ən böyük hərbi gəmilərindən biri, “Dəmavən” freqatı iki hissəyə bölünüb. Medianews.az oxu.az-a istinadən xəbər verir, bununla yanaşı, ölkə rəhbərliyi gəminin cüzi zədələr aldığını bildirir. Qeyd edək ki, İran HDQ-nin “Dəmavənd” freqatı yanvarın 10-da əlverişsiz hava şəraitində Xəzər dənizində, Bəndər-Ənzəli liman şəhərində dalğaqıranla toqquşub. Həmin gün dalğaların hündürlüyü 4 metrə çatırmış. Hadisə nəticəsində 6 hərbçi […]

Ağ parça üzərində rəngli sapları elə gözəl formada toxuyur ki, sonda əsrarəngiz sənət əsəri ərsəyə gəlir. Azərbaycanlı rəssamın hazırladığı əl işlərinə hətta dünyaca məşhur şəxslər də maraq göstərir. Peşəkar rəssam olan Lalə Əsgərovanın qeyri-adi usulla hazırladığı rəsm əsərləri görən hər kəsin diqqətini çəkir. Rəssamın sözlərinə görə, hazırda incəsənət gimnaziyasında müəllimə kimi çalışdığına görə bu işə […]

Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb. Medianews.az  xəbər verir ki, “Report”un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib. “X-Club” adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri – 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan […]

400 minlik toy xəbəri ilə bir anda mətbuatın gündəminə düşən Aysel Şükürovaya həyat yoldaşı gözlənilməz sürpriz edib. BAKU.WS-in məlumatına görə, məmur qızının həyat yoldaşı Oktay evi bəzədib və həy yerə şam düzüb. Həyat yoldaşının sürprizi Aysel üçün gözlənilməz olub. O, balaca oğlu və həyat yoldaşı ilə əlamətdar günü qeyd edib. Həmin görüntüləri təqdim edirik:

Ukraynanın Xarkov şəhərində 24 yaşlı azərbaycanlını dələduzluq üstündə həbs olunacaq. BAKU.WS-in məlumatına görə, gənc azərbaycanlı Ukraynada sayt açaraq seks tur təşkil edib. Azərbaycanlının biznesi 1 ildən sonra ifşa olunub. Ukrayna qanunlarına əsasən insan alveri ilə məşğul olmaq 4 ildən 7 ilə qədər azadlıqdan məhrum edilməklə cəzalanır. Araşdirma zamanı 24 yaşlı azərbaycanlı 225 min qriven (13 […]

O gün bizim yaşı 40-ı adlamış gənc əməkdaşlardan biri burun-boğaz-qulaq nahiyəsində nəsə bir nasazlıq hiss edərək varıb gedib həkim yanına. Belə adamlar var, ən xırda nasazlıq hiss edən kimi mütəxəssisə müraciət edirlər. Düzü budur. Yoxsa oktyabrda xəstələnəndə, “qoy havalar düzəlsin, özümü həkimə göstərərəm” deyə düşünmək olmaz. Çünki arada 6 ay var. Xüləs, əməkdaşımız, son illərdəki […]

Baş prokurorluq yanında korrupsiya ilə mübarizə idarəsi 2017-ci ilin yekunlarına həsr olunan brifinqdə ölkəmizdə bu bəlaya ən çox uğramış qurumların adını çəkdi: birinci yerdə banklar, kredit qurumları imiş, ikinci yerdə tikinti sektoru. İdarə dövlət sirri olduğundan 3-cü yeri tutub bürünc medal alanın adını açmayıb, ancaq biz güman edə bilərik ki, bu da Binəqədi Mənzil İstismar […]

ABŞ prezidenti Donald Tramp CNN jurnalistini Ağ Evdəki mətbuat konfransından qovub. Səbəb jurnalistin ona miqrantlarla bağlı məlum təhqiramiz fikrini xatırladaraq sual verməsi olub. Bu da sizə söz azadlığına Amerika sayağı sayğı, dözümlülük. Trampın bu davranışını onun ekzotik davranış tərzinə bağlayıb üstündən keçmək də olardı. Ancaq o, “demokratiyanın beşiyi” iddiasında olan bir dövlətin başçısıdır! Amerika seçicilərinin […]

Azərbaycanlı cərrah özü-özünü əməliyyat edib və bunu videoya çəkib. Minval.İnfo xəbər verir ki, azərbaycanlı ümumi və plastik estetik cərrah həkimi Mübariz Məmmədli ginekomastiyadan qurtulmaq üçün əməliyyat masasına yatıb. O, əməliyyatın bir hissəsini özü edib və bu anı videoya çəkib. Videonu görən hər kəs təccüblənib. Qeyd edək ki, dünyada ilk dəfə 1971 ci ildə rus cərrahı […]

İspaniyanın vergi xidməti orqanları məşhur Kolumbiya müğənnisi Şakiranın vergidən yayındığını güman edərək prokurorluğa müraciət ediblər. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, söhbət bir neçə milyon avrodan gedir. Müğənni 2010-2017-ci illər ərzində ispan futbolçu Jerar Pike ilə münasibətdə olub. Cütlük öz münasibətlərini 2011-ci ildə rəsmiləşdirib, lakin Şakira İspaniyanın vergi orqanlarında qeydiyyata 2015-ci ildə düşüb. Belə […]

Birləşmiş Ərəb Əmirliklərinin aşağı büdcəli «Air Arabia» aviaşirkəti MDB ölkələrindəki marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir. Aviaşirkət bu il iyunun 27-dən Şarcə Əmirliyindən Qəbələyə uçuşlar həyata keçirəcək. AZƏRTAC «Arabian Business» nəşrinə istinadla xəbər verir ki, «Air Arabia» şirkətinin Bakıya hər gün reysləri olur. Qəbələyə reyslər yay mövsümündə bazar ertəsi, çərşənbə və cümə günləri təşkil […]

Sibirdə aparılan arxeoloji qazıntılar zamanı tapılan insan sümükləri sosial mediada müzakirələrə səbəb olub. Arxeoloq Denis İvanovun tapdığı cəsəd sanki rəqs edir. Meyidin ayaqlarının və qollarının çarpaz şəkildə bağlı olduğu görülüb. Mütəxəssislər hətta bu insanın zorla diri-diri dəfn edildiyini belə düşünür. Ekspertizadan cəsədin 30 yaşlarında ölən bir kişiyə aid olduğu bildirilib.  

Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub. Publika.az APA-ya istinadən xəbər verir ki, Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov bu gün saxlanılıb. Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. […]

Gecə saatlarında Yevlax rayonunun Gülövşə kəndində bıçaqlanma hadisəsi baş verib. “Report”un Şirvan bürosu xəbər verir ki, yerli sakin mübahisə zəminində öz həmkəndlisi, 1988-ci il təvəllüdlü Fidar Hüseynova 17 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Keçmiş həyat yoldaşını amansızlıqla övladlarının gözü qarşısında öldürən şəxsə 18 il cəza kəsilib. Sonuncu məhkəmə prosesində hadisənin təfərrüatları ilə bağlı bəzi məqamlar üzə çıxıb. Qətlə yetirilən qadının atası keçmiş kürəkəninə ömürlük cəza istəyib. Musavat.com xəbər verir ki, qətl törətməkdə təqsirləndirilən Ramil Şükürovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi […]

İspaniya çempionatının 20-ci turunda “Real” öz meydanında “Deportivo”nu qəbul edib. “Report” xəbər verir ki, görüş “Santyaqo Bernabeu” stadionunda keçirilib və ev sahiblərinin 7:1 hesablı inamlı qələbəsi ilə başa çatıb. “Real” (35 xal) hazırda turnir cədvəlinin 4-cü, “Deportivo” (16) isə 18-ci pilləsində qərarlaşıb. İspaniya çempionatı, 20-ci tur “Real” – “Deportivo” – 7:1 Qollar: 0:1 – Adrian […]