2018-ci ilin ilk ayında dünyaca məşhur fizik Stiven Hokinqin 76 yaşı tamam oldu. Lakin ortaya çıxan iddialara görə, məşhur fizik bundan 30 il öncə dünyasını dəyişib.

İddialara görə, məşhur fizik 1985-ci ildə vəfat edib. Daha sonra belə bir məşhur elm adamının önəmli olduğunu düşünən NASA işçiləri Stiven Hokinqin bənzərini ortaya çıxarıb.

Stiven Hokinq danışa bilmək üçün xüsusi danışıq aparatından istfadə edir. Bu xüsusi aparat Hokinqin yanağındakı əzələlərin hərəkətətiylə onun hansı cümləni ifadə etməsini göstərir.

Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” - FOTOLAR

Hakinqin öldüyünü düşünən insanlar onun bənzərinin adından yazılanların NASA-ya aid olduğunu düşünür.

Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” - FOTOLAR

Bir çox insanın da bildiyi kimi Stiven Hokinq ALS (Yan amiotrofik skleroz) xəstəliyindən əziyyət çəkir. Hər hansı bir insana bu xəstəliyin diaqnozu qoyulduğu zaman ən çox 5 il yaşayır. Lakin Stivenə bu diaqnoz qoyulduğunda 21 yaşında idi. Söylənilən nəzəriyyələrə inanmayanlar üçün Stiven Hokinq bu xəstəliklə tam 55 ildir ki, yaşayır.

Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” - FOTOLAR

Belə bir diaqnozun qoyulması da Stiven Hokinqin 30 il əvvəl ölməsinə sübut deyil. Tibb tarixində bir çox xəstəliklərlə bağlı insanların yaşaya biləcəyi müəyyən vaxtları təyin edə bilirlər. Lakin zaman-zaman tibbdə söylənilən tarixdən çox yaşayan və yaxud daha tez bir zamanda vəfat edənlər də olub.

Pensilvaniya universitetindəki ALS mərkəzinin direktoru Leo Makkluskey Stiven Hokinqin xəstəliyinin fərqli olduğunu deyir. Leo Makkluskey bu cür diaqnoz qoyulan xəstələrin tənəffüs çatışmamazlığı problemi olmadığı halda daha uzun yaşaya bildiyini söyləyib.

Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” - FOTOLAR

Stiven Hokinqin öldüyünü iddia edənlər onun gənc zamanlarındakı fotoları ilə indiki fotoları arasındakı fərqi sübut olaraq görürlər.

Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” - FOTOLAR

Belə ki, Stivenin gənc vaxtı saçlarının qəhvəyi rəngdə, hazırda isə boz rəngdə olduğunu deyirlər. Bundan əlavə bu nəzəriyyələri söyləyən şəxslər Stiven Hokinqin toy şəkillərində də özünün olmadığını iddia edirlər.

Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” - FOTOLAR

Hətta onlar 30 ildir ki, Stivenin yerinə oturan bənzərinin iflic deyil, sağlam olduğunu və iflic olmuş kimi davrandığını da iddia ediblər.

Musavat.com