Загрузка...

Dünya şöhrətli model Kendis Sveynpol instaqramdan milyonlar qazanır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cənubi Afrika əsilli super modelin instaqramda 11,8 milyon abunəçisi var. Araşdırma şirkəti “Bluebella”nın yazdığına görə, “Victorias Secret”in mələyi bir foto üçün 70 min dollar, yəni (120 min manat) qazanır.

Məlum olub ki, Lebron Ceyms instaqramda paylaşdığı bir fotodan 189 min dollar, Kara Delevin 228 min dollar qazanır.

“Real Madrid”in portuqaliyalı super ulduzu Kristiano Ronaldo isə bir şəkil üçün 400 min dollar gəlir əldə edir.

122 milyon abunəçisi olan Selena Qomez isə bir paylaşım üçün 550 min dollarlıq alır.