Загрузка...

Dünyanın ən məşhur texnologiya şirkətlərindən olan “Əpl” “Colgate” şirkəti ilə yeni əməkdaşlığa başlayıb.

Publika.az xəbər verir ki, müqaviləyə əsasən “Colgate” şirkəti yalnız “Apple” şirkətinin mağaza və saytlarında satışa çıxarılacaq “ağıllı” “E1” diş fırçasını təqdim edib.

“Ağıllı” fırça “Colgate Connect” mobil əlavəsinin köməyilə “iOS” əməliyyat sistemi ilə işləyən qurğuları dəstəkləyir.

Bunun sayəsində insanlar dişlərini fırçalayan zaman bütün prosesləri səsli sistem vasitəsi ilə eşidir. Belə ki, fırça dişləri necə təmizləməsi, ağız boşluğunun vəziyyəti ilə bağlı istifadəçiyə məlumat verir.

“Colgate E1” fırçası dünyada ilk deyil. Bu cür məhsulların istehsalı ilə məşğul olan “Kolibree” şirkəti mövcuddur. “Colgate” şirkətinin hazırladığı məhsulda məhz bu şirkətin istehsalları əsasında hazırlanıb.

Fırçaların funksiyaları və ən önəmlisi qiymət fərqi var. Belə ki, “Colgate E1” fırçasının “Apple Store” mağazasında qiyməti 99 dollar təşkil etdiyi halda “Android” əməliyyat sistemli qurğuya qoşulma imkanına malik “Ara” fırçası 129 dollara satılır.