Загрузка...
Ötən gün şəhid olan əsgər Mənəfov İbrahim Möhsüm oğlunun Facebook səhifəsində şəhidliklə bağlı yazdığı status hər kəsi kədərləndirib.
Şəhidimiz vətən uğrunda döyüşməyin hər bir azərbaycanlının borcu olduğunu bildirib.
“Müharibə qaçınılmazdır və hər bir azərbaycanlının borcudur. Bu borcu özümə Qarabağı eşidəndən bilmişəm və bu borcu qaytarmalıyam. Allah bizi şəhidliyə layiq bilsin”.
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Mənəfov İbrahim 1995-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində doğulub.
İ.Mənəfov ali təhsilli olub. O,  2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və düşmənlə üz-üzə yerləşən bölmələrdə xidmət edib.
Şəhid əsgər Milli Aviasiya Akademiyasının məzunu imiş. (goldnews.az)
Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu (FOTO)