ABŞ-ın bir çox ştatlarından davam edən şiddətli soyuqlar nəticəsindən ölənlərin sayı 10-a çatıb.
Axar.az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən bir çox aviareyslər ləğv edilib.
Məlumata görə, məktəb və liseylərin bir qismi bağlanıb.
Luiziana ştatında yolun buz bağlaması səbəbindən qəza baş verib və nəticədə 4 insan həyatını itirib.
Texas ştatının Hyuston şəhərində isə 2 nəfərin öldüyü bildirilib.
Bundan əlavə, Şimali Karolina, Corciya və Alabama ştatlarında isə fövqəladə vəziyyət elan edilib.
Sərt soyuqların daha bir neçə gün davam edəcəyi deyilir.