Загрузка...

Dünyanın ən güclü klublarından olan “Real” üçün növbəti transfer iddiası gündəmə gəlib.

Goal.az xəbər verir ki, hücum üçlüyünü dəyişmək istəyən klubun prezidenti Fiorentino Perez yeni futbolçular üçün sərvət xərcləmək niyyətindədir.

“Marka” nəşri yay transfer dönəmində klubun almaq istədiyi futbolçuların adlarını açıqlayıb. Bunlar “Bavariya”dan Robert Levandovski, “Çelsi”dən Eden Hazard və PSJ-dən Neymardır.

Kristiano Ronaldo, Kərim Benzema və Qaret Beylin klubda sayılı günlərinin qaldığı qeyd olunub.

Mətndə, həmçinin “Kral klubu”nun Harri Keyn və Mauro İkardi ilə də maraqlandığı qeyd olunub.